Milli Xokkey Liqasında mübarizə davam edir.

Mərkəzi divizionun iddialılarından “Tampa Bey Laytninq” növbəti oyununa çıxıb. Komanda səfərdə sonuncu pillədə qərarlaşan “Dallas Stars”la üz-üzə gəlib. Gözlənildiyi kimi qarşılaşmaya qonaqlar daha üstün başlayıblar. İlk dövrədə bir dəfə fərqlənən “Tampa” xokkeyçiləri ikinci hissədə rəqibin müqavimətini qıra bilməyiblər. Komanda yalnız sonuncu hissədə fərqi artıra bilib. 2:0 hesabı ilə qalib gələn “Tampa Bey Laytninq” komandası 31 xalla zirvəyə yüksəlib. Eyni xala malik “Karolina Harrikeynz” onun yaxın izləyicisidir. Ardıcıl üçüncü dəfə məğlub olan “Dallas Stars” isə sonuncu pillədədir.